- İngiltərə P.L.
- 22:45 25.04.2026
İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal” doğma meydanda “Nyukasl Yunayted”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Emirates” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunu baş hakim Semyuel Barrott idarə edib.
Görüşdə yeganə qolu 9-cu dəqiqədə Ebereçi Eze vurub. Bu qol “topçular”a vacib üç xalı qazandırıb.
Bu nəticədən sonra “Arsenal” xallarının sayını 73-ə çatdıraraq turnir cədvəlinə başçılıq edir. “Nyukasl Yunayted” isə 42 xalla 14-cü pillədə qərarlaşıb.
Növbəti turda “Arsenal” mayın 2-də “Fulhem”i qəbul edəcək. “Nyukasl” isə həmin gün doğma meydanda “Brayton”la üz-üzə gələcək.