26 aprel 2026. Bazar günü

“Mançester Siti”dən möhtəşəm geridönüş


“Mançester Siti”dən möhtəşəm geridönüş

İngiltərə Kubokunun yarımfinal mərhələsində “Mançester Siti” ilə “Sauthempton” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Londonun “Uembli” stadionunda keçirilən qarşılaşma dramatik mübarizə şəraitində keçib və “şəhərlilər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunu baş hakim Kreyq Pauson idarə edib.

Hesabı matçın 79-cu dəqiqəsində Finn Azaz açaraq “Sauthempton”u önə keçirib. Lakin “Mançester Siti” qısa müddətdə geri dönüş etməyi bacarıb. 83-cü dəqiqədə Jeremi Doku bərabərlik qolunu vurub, 87-ci dəqiqədə isə Niko Qonsales qələbə topuna imza atıb.

Bu nəticə ilə “Mançester Siti” İngiltərə Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici görüşdə “Çelsi” – “Lids Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, İngiltərə Kubokunun ən titullu komandası “Arsenal”dır – London təmsilçisi bu turniri 14 dəfə qazanıb. İkinci pillədə 13 titul ilə “Mançester Yunayted” qərarlaşıb. “Liverpul”, “Tottenhem” və “Çelsi” isə hərəyə 8 dəfə kuboka sahib çıxıblar.







İngiltərə P.L.

“Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 22:42 25.04.2026
“Arsenal”dan çətin qələbə
Haverts yenə zədələndi
  • İngiltərə P.L.
  • 22:07 25.04.2026
Haverts yenə zədələndi
“Vest Hem” evdə “Everton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:15 25.04.2026
“Vest Hem” evdə “Everton”a qalib gəldi
“Liverpul”dan evdə inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:36 25.04.2026
“Liverpul”dan evdə inamlı qələbə
“Fulhem” “Aston Villa”nı məğlub etdi
  • İngiltərə P.L.
  • 18:42 25.04.2026
“Fulhem” “Aston Villa”nı məğlub etdi
“Belə davam etsə, 32 yaşa çatmaram”
  • İngiltərə P.L.
  • 18:34 25.04.2026
“Belə davam etsə, 32 yaşa çatmaram”