- İngiltərə P.L.
- 21:18 26.04.2026
İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi” “Lids Yunayted”i məğlub edərək finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi “Uembli” stadionunda keçirilən qarşılaşmada 1:0 hesablı qələbə qazanıb. Oyunu avstraliyalı baş hakim Cared Jillet idarə edib.
Matçda yeganə qolu 23-cü dəqiqədə Enzo Fernandes vurub və “Çelsi”ni finala daşıyıb.
Beləliklə, London klubu həlledici mərhələdə “Mançester Siti” ilə üz-üzə gələcək. Final görüşü mayın 16-da yenə “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, İngiltərə Kubokunun ən çox qalibi “Arsenal”dır – 14 dəfə. İkinci yerdə 13 titulla “Mançester Yunayted” gəlir. Üçüncü pilləni isə “Liverpul”, “Tottenhem” və “Çelsi” (8 dəfə) bölüşür.