16 may 2026. Şənbə

İngiltərə Kubokunun finalında “Mançester Siti” və “Çelsi” qarşılaşacaq


İngiltərə Kubokunun finalında “Mançester Siti” və “Çelsi” qarşılaşacaq

İngiltərə Kubokunun 2025/2026 mövsümünün finalında “Mançester Siti” və “Çelsi” üz-üzə gələcək.

90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşma mayın 16-da Londonun “Uembli” stadionunda keçiriləcək.

“Mançester Siti” final yolunda ardıcıl inamlı nəticələr əldə edib. Komanda “Ekseter Siti”ni 10:1, “Solford Siti”ni 2:0, “Nyukasl Yunayted”i 3:1, “Liverpul”u 4:0 və “Sauthempton”u 2:1 hesabı ilə məğlub edib.

“Çelsi” isə finala qədər “Çarlton Atletik” (5:1), “Hall Siti” (4:0), “Rekshem” (4:2), “Port Veyl” (7:0) və “Lids Yunayted” (1:0) üzərində qələbə qazanıb.

Qeyd edək ki, İngiltərə Kubokunun ən titullu komandası “Arsenal”dır – 14 dəfə. İkinci yerdə 13 qələbə ilə “Mançester Yunayted” qərarlaşıb. Üçüncü pilləni “Liverpul”, “Tottenhem” və “Çelsi” (8 dəfə) bölüşür. “Mançester Siti”nin isə bu turnirdə 7 qalibiyyəti var.







İngiltərə P.L.

“Artetanın möhtəşəm ideyaları var"
  • İngiltərə P.L.
  • 22:27 14.05.2026
“Artetanın möhtəşəm ideyaları var"
 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə