- İngiltərə P.L.
- 01:00 28.04.2026
“Çelsi” yeni baş məşqçi axtarışlarına start verib.
90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, “zadəganlar” yeni baş məşqçi axtarış prosesi hələ ilkin mərhələdədir. Klubun nəzərdən keçirdiyi namizədlər sırasında Andoni Iraola, Marko Silva və Xabi Alonso yer alır. London klubunun nümayəndələri artıq sözügedən namizədlərlə ilkin danışıqlara başlayıblar.
Xatırladaq ki, yaxın vaxtlarda Liam Rosenyorla yollarını ayırıblar. O, London klubunda təxminən üç ay fəaliyyət göstərib.
Qeyd edək ki, Iraola mövsümün sonunda “Bornmut”u tərk edəcək. Bu barədə artıq rəsmi açıqlama verilib. Marco Silva ilə “Fulhem” arasındakı müqavilə isə iyun ayının sonunda başa çatır və onun klubdan ayrılma ehtimalı mövcuddur. Xabi Alonso isə yanvar ayından etibarən “Real”dan ayrıldıqdan sonra işsizdir.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.