28 aprel 2026. Çərşənbə axşamı

“Arsenal” Havertsin zədəsi ilə bağlı nikbindir


“Arsenal” Havertsin zədəsi ilə bağlı nikbindir

“Arsenal” klubunun hücumçusu Kay Haverts yenidən zədələnib.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, “topçular” Havertsin əzələ zədəsinə baxmayaraq, cari mövsümdə yenidən meydana çıxacağına ümid edir.

Alman futbolçu Premyer Liqanın son turunda “Nyukasl”a qarşı oyunda meydandan əvəzlənib.

Bu mövsüm 20 oyunda iştirak edən Haverts 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” şənbə axşamı evdə “Nyukasl”ı 1:0 hesabı ilə məğlub edib.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir və ikinci yerdə olan “Mançester Siti”ni 3 xal qabaqlayır. Lakin “şəhərlilər” bir oyun az keçirib.







İngiltərə P.L.

“Çelsi” finalda
  • İngiltərə P.L.
  • 21:13 26.04.2026
“Çelsi” finalda
“Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 22:42 25.04.2026
“Arsenal”dan çətin qələbə
Haverts yenə zədələndi
  • İngiltərə P.L.
  • 22:07 25.04.2026
Haverts yenə zədələndi