- İngiltərə P.L.
- 01:00 28.04.2026
İngiltərə Premyer Liqasının 34-cü turunda “Mançester Yunayted” və “Brentford” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, matç Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Kriş Kavana (Lankşir) olub. Görüş “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 11-ci dəqiqədə Kazemiro açaraq “Mançester Yunayted”i önə keçirib. 43-cü dəqiqədə Benyamin Şeşko fərqi artırıb. 87-ci dəqiqədə Matas Yensen “Brentford”un yeganə qolunu vurub.
Bu nəticədən sonra “Mançester Yunayted” 61 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Brentford” isə 48 xalla 9-cu yerdədir.
Növbəti turda “Mançester Yunayted” 3 mayda “Liverpul”u qəbul edəcək, “Brentford” isə 2 mayda doğma meydanda “Vest Hem Yunayted”lə qarşılaşacaq.