- İngiltərə P.L.
- 23:53 28.04.2026
"Liverpul" klubunun baş məşqçisi Arne Slot vəzifəsində qalacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Aleks Kruk məlumat yayıb.
Məlumata görə, “qırmızılar” niderlandlı mütəxəssisə etimad göstərmək qərarına gəlib və o, gələn mövsümdə də komandanı çalışdıracaq.
Eyni zamanda onun əvəzlənməsi üçün namizəd kimi göstərilən Xabi Alonso hazırda Çelsi klubunun baş məşqçi postu üçün əsas namizədlərdən biri sayılır. Bildirilir ki, "Liverpul" artıq ispan mütəxəssisin xidmətində maraqlı deyil.
Hazırda "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 34 turdan sonra 58 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti matçında səfərdə "Mançester Yunayted" ilə qarşılaşacaq.