- İngiltərə P.L.
- 23:53 28.04.2026
“Mançester Yunayted” klubunun baş məşqçisi Maykl Karrik komandanın yarımmüdafiəçisi Kobbi Maynunun “Brentford” ilə keçirilən son oyundakı çıxışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.
“Çelsi ilə oyunda olduğu kimi, o, həm topla, həm də topsuz oyunda özünü göstərdi. Həm müdafiədə, həm də hücumda oynaya bildiyini sübut etdi. Biz onun nəyə qadir olduğunu bilirik və bunu meydanda nümayiş etdirməsini görmək xoşdur. Hazırda o, əla formadadır”
İngiltərə çempionatının 34-cü turu çərçivəsində keçirilən görüşdə “Mançester Yunayted” “Brentford” üzərində 2:1 hesablı qələbə qazanıb.
Cari mövsümdə Kobbi Maynu bütün turnirlər daxil olmaqla 26 oyunda iştirak edib və üç məhsuldar ötürmə ilə yadda qalıb.