- İngiltərə P.L.
- 23:53 28.04.2026
“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kobbi Maynu yaxın vaxtlarda komanda ilə müqaviləsini uzadacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Tvitter) məlumat paylaşıb.
O tərəflərin əməkdaşlığın davam etdirilməsi ilə bağlı tam razılığa gəldiyini və yeni müqavilənin 2031-ci ilin iyun ayına qədər qüvvədə olacağını qeyd edib..
Razılaşma 21 yaşlı futbolçunun maaşının artırılmasını da nəzərdə tutur. Bütün lazımi sənədlərin bu həftə ərzində imzalanacağı, rəsmi açıqlamanın isə mövsüm başa çatmamış veriləcəyi gözlənilir.
Kobbi Maynu “Mançester Yunayted” klubunun yetirməsidir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 26 oyunda iştirak edib və üç məhsuldar ötürmə ilə yadda qalıb.