- İngiltərə P.L.
- 23:53 28.04.2026
“Mançester Yunayted” klubunun müdafiəçisi Harri Maquayr keçmiş baş məşqçi Ruben Amorim dövrünü xatırlayıb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Ruben Amorim komandanı çalışdıranda oyunlarımızın nəticəsi demək olar ki, 50/50 idi… amma daha çox məğlubiyyətlə bitirdi.
İndi isə hər şey tamamilə fərqli hiss olunur. Biz həm öz cərimə meydançamızda, həm də rəqibin cərimə meydançasında daha yaxşı oynayırıq. Müdafiədə daha güclüyük, hücumda isə daha inamlı çıxış edirik”, – deyə Maquayrın sözlərini jurnalist Fabritsio Romano sosial şəbəkədə yayıb.
Qeyd edək ki, Amorim yanvar ayında komandadan ayrılmışdı. Hazırda "mankunianları" Maykl Karrik çalışdırır. “Mançester Yunayted” 61 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.