- İngiltərə P.L.
- 22:41 29.04.2026
Keçmiş tanınmış futbolçu Pol Skoulz “Çelsi” klubunda baş məşqçi postundan Liam Rosenyorun uzaqlaşdırılmasına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, ekspertin fikrincə, “zadəganlar”ın rəhbərliyi 41 yaşlı mütəxəssisi “Strasburq”dan dəvət etməklə səhvə yol verib.
“Heç kim – nə futbol aləmində, nə də ondan kənarda – Rosenyorun “Çelsi”yə uyğun olduğunu düşünmürdü. Yalnız onlar belə hesab edirdi. Bu, məncə, sadəcə dəlilik idi”, – deyə Skoulz bildirib.
Hazırda “Çelsi” İngiltərə çempionatının turnir cədvəlində 48 xalla səkkizinci pillədə qərarlaşıb. London təmsilçisi son beş oyunda beş dəfə məğlub olub.