- İngiltərə P.L.
- 15:58 30.04.2026
İngiltərəli futbolçu Eşli Yanq mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşıb.
40 yaşlı müdafiəçi ötən ilin yayından “İpsviç” klubunun formasını geyinir. Təcrübəli oyunçu sağlamlıq problemləri səbəbindən yanvar ayından bəri meydanlara çıxmayıb.
Karyerası ərzində “Uotford”, “Aston Villa”, “Mançester Yunayted”, “İnter”, “Everton” və “İpsviç” kimi klublarda çıxış edən Yanq İngiltərə millisində 39 oyuna çıxıb.
Hazırda “İpsviç” çempionatın turnir cədvəlində son tur ərəfəsində ikinci pillədə qərarlaşıb. Komanda mövqeyini qoruyacağı təqdirdə yüksək liqaya vəsiqə qazanacaq. Əks halda isə əlavə vəsiqə uğrunda pley-off mərhələsində mübarizə aparmalı olacaq.