- İngiltərə P.L.
- 15:58 30.04.2026
“Bernli” klubu mövsümün başa çatmasına az qalmış baş məşqçi Skott Parkerlə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın yüksək liqanı vaxtından əvvəl tərk etməsindən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında danışıqlar aparılıb. Nəticədə tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Klub rəsmi açıqlamasında Parkerə gördüyü işlərə görə təşəkkür edib və onun ötən mövsüm komandanı yüksək liqaya yüksəltməsini xüsusi qeyd edib.
Bildirilir ki, çempionatın qalan dörd turunda “Bernli”yə Mayk Cekson rəhbərlik edəcək. O, son illərdə məşqçilər heyətində yer alırdı. Klub paralel olaraq yeni baş məşqçi axtarışlarını davam etdirir.