15 iyun 2026. Bazar ertəsi

"Mançester Yunayted" Kobi Maynunun müqaviləsini uzatdı


"Mançester Yunayted" Kobi Maynunun müqaviləsini uzatdı

"Mançester Yunayted" yarımmüdafiəçi Kobi Maynunun müqaviləsinin uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  21 yaşlı futbolçu yeni müqaviləni imzalayaraq, 2031-ci ilin ortalarına qədər komandada qalacaq.

Kobi Maynu, "Mançester Yunayted"in akademiyasının yetirməsidir. O, ilk komandada keçirdiyi 98 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Mətbuatda daha əvvəl də qeyd edildiyi kimi, müqavilənin uzadılması ilə Maynunun maaşı 650% artacaq.

"Mançester Yunayted"in növbəti oyunu 3 may, bazar günü olacaq. Komanda öz meydanında "Liverpul"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.







İngiltərə P.L.