30 aprel 2026. Cümə axşamı

Premyer Liqada ayın ən yaxşı oyunçusuna namizədlər açıqlandı


Premyer Liqada ayın ən yaxşı oyunçusuna namizədlər açıqlandı

İngiltərə Premyer Liqasının təşkilatçıları aprel ayının ən yaxşı futbolçusu mükafatı üçün 8 namizədin adlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Mançester Siti” və “Vest Hem” klublarının hər birindən 2 oyunçu siyahıya daxil edilib. Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti”ni Nikko O'Rayli və Rayan Şerki təmsil edirlər, “Vest Hem”dən isə Cerrad Bouen və Konstantinos Mavropanos namizəd olub.

Siyahıya daxil olan digər futbolçular arasında “Nottingem Forest”in oyunçusu Morqan Qibbs-Uayt, “Lids”in futbolçusu Noa Okafor, “Brayton”dan Paskal Qross və “Bornmut”dan Aleks Skott yer alıb.

Səsvermə bazar ertəsinə qədər davam edəcək, qalib isə gələn həftənin sonunda açıqlanacaq. Mart ayının ən yaxşı oyunçusu isə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes seçilib.







İngiltərə P.L.

“Çelsi”nin Rosenyor seçimi səhv idi"
  • İngiltərə P.L.
  • 22:41 29.04.2026
“Çelsi”nin Rosenyor seçimi səhv idi"
“İndi daha inamlı və güclü oynayırıq”
  • İngiltərə P.L.
  • 23:53 28.04.2026
“İndi daha inamlı və güclü oynayırıq”
“Hazırda əla formadadır”
  • İngiltərə P.L.
  • 23:21 28.04.2026
“Hazırda əla formadadır”