- İngiltərə P.L.
- 23:07 01.05.2026
"Mançester Siti" İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə "Everton" ilə qarşılaşacaq.
90deqiqe.Az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola oyun öncəsi keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
“Everton" həmişə çətin rəqib olub. Orada oynamaq qəribə olacaq, çünki onların köhnə stadionu çox xoş, tipik ingilis futbol ab-havasına malik idi. Ora getməyi xoşlayırdım, amma yeni stadionlarını da səbirsizliklə gözləyirəm. Onlar çox yaxşı müdafiə olunurlar. Moyes nə etməli olduğunu yaxşı bilir. ‘Etihad’da oyunun taleyini iki-üç epizod həll etmişdi, biz yaxşı deyildik. İndi daha yaxşıyıq və bunu istifadə edə biləcəyimizə ümid edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, "Everton"– "Mançester Siti" qarşılaşması 4 may tarixində Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.