1 may 2026. Cümə

Arteta “Fulhem”lə oyun öncəsi hədəflərini açıqladı


Arteta “Fulhem”lə oyun öncəsi hədəflərini açıqladı

"Arsenal" İngiltərə Premyer Liqasının növbəti turunda doğma meydanda “Fulhem” ilə qarşılaşacaq.

90deqiqe.Az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta oyun öncəsi mətbuat konfransında çıxış edərək komandasının əsas hədəfinin qələbə olduğunu bildirib.

“Mən diqqətimi “Fulhem”ə və qələbə istəyinə yönəltmişəm. Mübarizə aparmaq, oynamaq və qalib gəlmək istəyi var. Arzumuzun reallaşmasına bir addım da yaxınlaşmaq istəyirik. Futbolçuların gözlərində qələbə istəyi görürəm – məqsədimizə çatmaq istəyi, vəssalam.”

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqada liderdir və ikinci pillədə qərarlaşan "Mançester Siti" klubunu 3 xal qabaqlayır. Lakin London təmsilçisi rəqibindən bir oyun çox keçirib.

Son dəfə “Arsenal” İngiltərə çempionluğunu 2004-cü ildə qazanıb.







İngiltərə P.L.

“Birlikdə tarix yazdıq”
  • İngiltərə P.L.
  • 23:52 01.05.2026
“Birlikdə tarix yazdıq”
“Çelsi”nin Rosenyor seçimi səhv idi"
  • İngiltərə P.L.
  • 22:41 29.04.2026
“Çelsi”nin Rosenyor seçimi səhv idi"