- İngiltərə P.L.
- 21:17 04.05.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 35-ci turu çərçivəsində keçirilən “Çelsi” – “Nottingem Forest” oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma London şəhərində yerləşən “Stemford Bric” stadionunda baş tutub. Oyunun baş hakimi Mançesterdən olan Entoni Teylor olub.
Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 2-ci dəqiqəsində hücumçu Tayvo Avoniyi “Nottingem Forest”i hesabda önə keçirib. 15-ci dəqiqədə isə hücumçu İqor Jezus penaltidən fərqlənərək üstünlüyü artırıb.
Birinci hissəyə əlavə olunmuş vaxtda, 45+10-cu dəqiqədə “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer penaltidən yararlana bilməyib. 52-ci dəqiqədə Avoniyi dubl edərək hesabı daha da böyüdüb.
“Çelsi”nin hücumçusu Jao Pedro 73-cü dəqiqədə fərqlənsə də, videohakim sisteminin müdaxiləsindən sonra qol ləğv olunub. Lakin o, 90+3-cü dəqiqədə komandasının yeganə qolunu vurmağı bacarıb.
Bu nəticədən sonra “Çelsi” 35 oyundan 48 xalla turnir cədvəlində 9-cu pilləyə geriləyib. “Nottingem Forest” isə 42 xalla 16-cı sırada qərarlaşıb.