8 noyabr 2026. Bazar günü

“Onun boksla məşğul olması məni təəccübləndirdi”


“Onun boksla məşğul olması məni təəccübləndirdi”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının mərkəz yarımmüdafiəçisi Rayan Şerki barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssisə fransalı futbolçunun onu nə ilə təəccübləndirdiyi sualı ünvanlanıb.

“O, indi sosial şəbəkələrdə boksla məşğul olduğunu paylaşır. Bu məni təəccübləndirdi, bunu gözləmirdim. Onunla mübahisə etməyəcəyəm, hər oyunda oynayacaq (gülür). Bu, qorxuludur”, – deyə baş məşqçi bildirib.

Cari mövsümdə Şerki bütün turnirlərdə 46 oyunda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçinin “şəhərlilər”lə qüvvədə olan müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”