- İngiltərə P.L.
- 23:35 04.05.2026
“Liverpul” və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “Çelsi”nin “Nottingem Forest”ə məğlubiyyətinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “Sky Sports” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Bu, şokdur. Bu gün meydanda 5-6 yüksək səviyyəli futbolçu var idi və onlar B səviyyəli komanda tərəfindən məğlub edildi. 12 aydan az əvvəl onlar “PSJ”ni darmadağın edirdilər. Amma indi futbolçularla heyət və azarkeşlər arasında heç bir əlaqə yoxdur”.
O əlavə edib ki, bu vəziyyət müəyyən mənada futbol üçün müsbət mesaj daşıyır: “Bu, göstərir ki, futbol təkcə pul xərcləmək, transferlər və heyət dəyişiklikləri deyil. Burada əsas məsələ birlik yaratmaqdır, amma onlar bunu edə bilmirlər. Hazırda “Çelsi” sanki dağılmış klub kimi görünür”.
Qeyd edək ki, London təmsilçisi İngiltərə Premyer Liqasının 35-ci turunda 1:3 hesabı ilə uduzub.
Bu oyundan sonra “Çelsi” 48 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.