- İngiltərə P.L.
- 23:35 04.05.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik klubla müqaviləsini uzatmağa yaxındır.
90deqiqe.Az-ın “The Guardian"a istinadən məlumatına görə, mütəxəssisin əsas uğurlarından biri komandanın “Liverpul” üzərində 3:2 hesablı qələbədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazanmasıdır. Bu nəticə klub rəhbərliyini məmnun edib və yaxın günlərdə ingilis məşqçiyə yeni müqavilə təklif olunacağı bildirilir.
Mənbənin yazdığına görə, Kerrikin komandadakı nüfuzu da onun gələcəyi üçün əsas amillərdən biridir. “Mançester Yunayted”in liderləri Bruno Fernandeş və Harri Maquayr da onunla işini davam etdirmək istəyir.
Qeyd edək ki, Kerrikin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun rəhbərliyi altında komanda Premyer Liqanın 14 turunda 10 qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.