- İngiltərə P.L.
- 01:15 05.05.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 35-ci turunda “Everton” və “Mançester Siti” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Hill Dikinson” stadionunda baş tutan qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunu baş hakim Maykl Oliver idarə edib.
43-cü dəqiqədə Jeremi Doku “şəhərlilər”i hesabda önə keçirib. 68-ci dəqiqədə Tierno Berri cavab qolunu vurub. 73-cü dəqiqədə Ceyk O’Brayen “Everton”u önə çıxarıb. 81-ci dəqiqədə Berri dubl edib. 83-cü dəqiqədə Erlinq Haaland “Mançester Siti”yə ikinci qolu qazandırıb. 90+7-ci dəqiqədə isə Doku son dəqiqə qolu ilə hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Everton” 48 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Mançester Siti” isə 71 xalla 2-ci yerdədir.
Növbəti turda “Everton” mayın 10-da səfərdə “Kristal Pelas”la, “Mançester Siti” isə mayın 9-da “Brentford”la qarşılaşacaq.