6 may 2026. Çərşənbə

"Ronaldo və Messi müqayisəsi səhvdir, hər ikisi futbolun zirvəsidir"


"Ronaldo və Messi müqayisəsi səhvdir, hər ikisi futbolun zirvəsidir"

“Arsenal” və “Barselona”nın sabiq hücumçusu Tyerri Anri Portuqaliya millisinin və "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə Argentina yığmasının və "İnter Mayami"nin kapitanı Lionel Messi arasındakı müqayisəyə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Marca" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bu, səhv yanaşmadır. İnsanlar niyə onları ayırmağa çalışır ki, hər birinin oyunundan zövq almaq mümkün olduğu halda? Əlbəttə, mən Leo ilə bir komandada oynamışam və sentimental səbəblərə görə seçimimi ondan yana edərəm. Amma bu o demək deyil ki, nə vaxtsa Kriştianuya qarşı çıxaram. Onların hər biri futbolun zirvəsidir. Sanki başqa planetdəndirlər. Onlar bir-birini daha da gücləndirdilər, necə ki, Nadal ilə Federer, Prost ilə Senna və idman tarixində digər rəqabətlər. Kriş və Leo rəqabətdən kənardadırlar”, – deyə Anri bildirib.







İngiltərə P.L.