6 may 2026. Çərşənbə

“Nyukasl”ın müdafiəçisi mövsümün qalanını zədə səbəbindən buraxacaq


“Nyukasl”ın müdafiəçisi mövsümün qalanını zədə səbəbindən buraxacaq

“Nyukasl”ın müdafiəçisi Lyuis Mayli mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu sağ ayağının baldır sümüyünü sındırıb. Bildirilir ki, Mayli zədəsini mayın 5-də keçirilən məşq zamanı alıb.

Gözlənilir ki, ingiltərəli oyunçu mövsümöncəsi hazırlıq mərhələsi başlamazdan əvvəl yenidən komandanın heyətinə qayıda biləcək.

Qeyd edək ki, cari mövsümdə Mayli “Nyukasl”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

“Nyukasl” hazırda çempionatı turnir cədvəlinin orta pillələrində başa vurmağa hazırlaşır. Komanda 45 xalla 13-cü yerdə qərarlaşıb və yeddinci pillədən altı xal geri qalır.







İngiltərə P.L.