- İngiltərə P.L.
- 23:18 05.05.2026
"Tottenhem"in futbolçusu Xavi Simons ağır diz zədəsindən sonra əməliyyatı uğurla keçirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçidə sağ dizin ön çarpaz bağının qopması aşkar edilib. Klub futbolçuya tezliklə sağalmasını arzulayıb və reabilitasiya prosesinin bütün mərhələlərində ona dəstək olacağını bildirib.
Zədə Premyer Liqa çərçivəsində “Vulverhempton”la oyunda baş verib. Həmin qarşılaşmada Simons meydanı təkbaşına tərk edə bilməyib və xərəkdə aparılıb.
Futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı və 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcəyi bildirilir.