- İngiltərə P.L.
- 22:59 06.05.2026
“Çelsi” baş məşqçi postu üçün üç namizədi nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi hazırda komandanın baş məşqçisi vəzifəsinə üç mütəxəssisi ciddi şəkildə nəzərdən keçirir.
Namizədlər arasında Xabi Alonso, Andoni Iraola və Marko Silva yer alır.
Qeyd edək ki, İraola hazırda “Bornmut” klubunu çalışdırır və komanda onun rəhbərliyi altında Avropa kuboklarına vəsiqə uğrunda mübarizə aparır. Marko Silva isə “Çelsi”nin London derbisində rəqibi olan “Fulhem”in baş məşqçisidir.
Xabi Alonso isə “Real Madrid”dən ayrıldıqdan sonra bir müddətdir işsizdir.
Xatırladaq ki, “Çelsi” qısa müddət əvvəl Liam Rosenyorla yollarını ayırıb. O, London klubunda cəmi üç ay çalışıb.