- İngiltərə P.L.
- 22:59 06.05.2026
“Arsenal” klubu qarşıdakı yayda əsas komandanın baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə bağlamağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O London klubunun rəhbərliyinin baş məşqçi ilə yeni razılaşma planını hələ ötən ilin mart ayında, mövsümün nəticələrindən asılı olmayaraq təsdiqlədiyini qeyd edib.
Qeyd olunur ki, Arteta da danışıqların başlanmasını səbirsizliklə gözləyir. Xatırladaq ki, o, artıq yeddi ildir London təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2020-ci ildə İngiltərə Kubokunu, həmçinin 2020 və 2023-cü illərdə İngiltərə Superkubokunu qazanıb.
Son üç mövsümdə “Arsenal” İngiltərə çempionatını ikinci pillədə başa vurub.
Komanda çərşənbə axşamı Avropanın ən nüfuzlu klub yarışında finala yüksəlib. “Arsenal” həlledici görüşdə Bavariya və ya PSJ ilə qarşılaşacaq. Görüş mayın 30-da "Puşkaş Arena" keçiriləcək.