7 may 2026. Cümə axşamı

Mateta “Milan”a keçidin alınmamasından sonra psixoloji çətinliklər yaşadığını etiraf edib


Mateta “Milan”a keçidin alınmamasından sonra psixoloji çətinliklər yaşadığını etiraf edib

“Kristal Pelas” klubunun hücumçusu Jan-Filip Mateta yanvar ayında “Milan”a mümkün transferinin baş tutmamasından danışıb.

90deqiqe.Az-ın “Football Italia"ya istinadən məlumatına görə, futbolçu bildirib ki, baş tutmayan keçiddən sonra onda psixoloji problemlər yaranıb. Bu səbəbdən o, müxtəlif mütəxəssislərə müraciət etmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, Mateta 2022-ci ildə Almaniyanın “Maynts” klubundan “Kristal Pelas”a 11 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə fransalı hücumçu “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







İngiltərə P.L.