7 may 2026. Cümə axşamı

Virts “Liverpul”un ümumi məşqində iştirak etməyib


Virts “Liverpul”un ümumi məşqində iştirak etməyib

“Liverpul” klubunda “Çelsi” ilə oyundan öncə yarımmüdafiəçisi Florian Virtslə bağlı narahatlıq yaşayır.

90deqiqe.Az-ın “Sky Sports News"a istinadən məlumatına görə, alman futbolçu bu gün komandanın ümumi məşqinə çıxmayıb.

Qeyd olunur ki, futbolçu əvvəlki turda “Mançester Yunayted”ə qarşı keçirilən oyunda 90 dəqiqə meydanda olub. Həmin görüşdə “Liverpul” səfərdə “Old Trafford” stadionunda 2:3 hesabı ilə məğlub olub.

Komandanın növbəti oyunu mayın 9-da, şənbə günü “Çelsi”yə qarşı keçiriləcək. Görüş “Liverpul”un ev stadionunda baş tutacaq və Bakı vaxtı ilə 19:30-da start götürəcək.

Virts ümumilikdə “Liverpul”da 47 oyunda iştirak edib. O, bu matçlarda 7 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.