8 may 2026. Cümə

“Arsenal” azarkeşləri ayın ən yaxşı futbolçusunu seçdilər


“Arsenal” azarkeşləri ayın ən yaxşı futbolçusunu seçdilər

“Arsenal” klubunun müdafiəçisi Piero İnkapiye azarkeşlər tərəfindən komandanın aprelin ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu “Arsenal”a 2025-ci ilin yayında qoşulub. O, hazırda müəyyən şərtlər daxilində məcburi satınalma bəndi ilə icarə əsasında çıxış edir. Müdafiəçinin transfer hüquqları isə hələ də Almaniyanın “Bayer Leverkuzen” klubuna məxsusdur.

Ekvadorlu futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

İnkapiye əsasən sol müdafiəçi mövqeyində çıxış edib və zədə səbəbindən heyətdən kənarda qalan Rikardo Kalafyorini əvəzləyib.







İngiltərə P.L.