- İngiltərə P.L.
- 20:04 08.05.2026
İngiltərənin “Bornmut” klubu müdafiəçisi Alexandro Ximenes ilə bağlı qərar verib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun komandanın 36-cı turda “Fulhem”ə qarşı keçirəcəyi İngiltərə Premyer Liqası oyunundan kənarlaşdırılıb.
Buna səbəb sosial şəbəkələrdə ispaniyalı futbolçunun 15 yaşlı qızla yazışdığı iddia edilən məlumatlardır. Məlumatlarda futbolçunun azyaşlı olduğu deyilən şəxslə qeyri-etik ünsiyyət qurduğu iddia olunub.
“Bornmut”un rəsmi açıqlamasında bildirilib ki, klub sosial şəbəkələrdə yayılan məlumatlardan xəbərdardır və vəziyyətin ciddiliyini anlayır. Hazırda məsələ ilə bağlı daxili araşdırma aparılır.
Qərara əsasən, futbolçu sabah keçiriləcək Premyer Liqa oyununun heyətinə daxil edilməyib. Klubun əlavə şərh verməyəcəyi də qeyd olunub.