- İngiltərə P.L.
- 20:04 08.05.2026
İngiltərənin “Nyukasl” komandasının hücumçusu Entoni Qordon karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu təcrübəli futbolçunun transferi üçün qarşı tərəflə danışıqlara başlayıb.İngiltərə təmsilçisi futbolçunun keçidi üçün ilkin olaraq 90 milyon avro tələb edir. Eyni məbləğin Qordonla maraqlanan digər klublara — “Barselona”, “Arsenal” və “Liverpul”a da təqdim olunduğu qeyd edilir.
Məlumata əsasən, bonus ödənişləri də nəzərə alınmaqla transferin ümumi dəyərinin 75-85 milyon avro aralığında formalaşacağı gözlənilir.
Bildirilir ki, “Bavariya” rəhbərliyi ingilis futbolçu üçün bu həcmdə vəsait ödəməyi məqsədəuyğun hesab etmir. Bu səbəbdən Münhen təmsilçisi alternativ namizədlərlə bağlı danışıqları davam etdirir.