- İngiltərə P.L.
- 22:13 08.05.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
“Şəhərlilər” ötən ay çempionatda “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib, “Arsenal” üzərində 2:1 hesablı qələbə qazanıb, “Börnli”yə 1:0 hesabı ilə qalib gəlib və “Everton”la 3:3 hesablı heç-heçə edib.
Qvardiola karyerasında 13-cü dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını qazanıb.
Hazırda “Mançester Siti” 34 oyundan sonra topladığı 71 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İngiltərə çempionatına isə 35 matçdan sonra 76 xal toplayan Londonun “Arsenal” klubu başçılıq edir.