- İngiltərə P.L.
- 23:56 08.05.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola müdafiəçi Yoşko Qvardiol barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Onun vəziyyəti qaydasındadır. Qayıtmasına sevinirəm. Ümid edirəm ki, mövsümün qalan hissəsində bizə kömək edəcək, Xorvatiya millisi ilə yaxşı dünya çempionatı keçirəcək və gələn mövsüm də bizimlə olacaq. O, vacib futbolçudur. Mərkəz müdafiəçisi, cinah müdafiəçisi kimi oynaya bilir, müxtəlif mövqelərdə çıxış edir. Çox sürətli və çevikdir.
Müqavilə vəziyyəti ilə bağlı məlumatım yoxdur. Mən istərdim ki, Qvardiol burada qalsın. Onun kimi futbolçu tapmaq asan deyil”
Qeyd edək ki, “Mançester Siti” şənbə günü doğma meydanda “Brentford”u qəbul edəcək.