9 may 2026. Şənbə

“Liverpul” bilet qiymətlərinin artırılması planını yumşaltdı


“Liverpul” bilet qiymətlərinin artırılması planını yumşaltdı

“Liverpul” klubu azarkeşlərin narazılığından sonra bilet qiymətlərinin artırılması ilə bağlı planlarına dəyişiklik edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi azarkeşlər şurası ilə danışıqlar aparıb və növbəti üç mövsümdə biletlərin qiymətinin inflyasiya səviyyəsinə uyğun olaraq hər il artırılması planından imtina edib.

Qərara əsasən, adi biletlərin qiyməti yalnız 2026/27 mövsümündə 3 faiz artacaq, 2027/28 mövsümündə isə sabit qalacaq.

Mövsüm biletlərinin ən ucuzu təxminən 860 avro, ən bahalısı isə təxminən 1090 avro təşkil edəcək.

Ayrı-ayrı matçlar üçün biletlərin qiyməti isə tribunalardan asılı olaraq 35–74 avro aralığında dəyişəcək.

Klub rəhbərliyi azarkeşlərlə məsləhətləşmələri davam etdirəcəyini və qiymət artımını məhdudlaşdırmaq, həmçinin oyunlara əlçatanlığı qorumaq üçün əlavə kommersiya həlləri üzərində işləyəcəyini bildirib.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi