- İngiltərə P.L.
- 23:56 08.05.2026
Futbol Jurnalistləri Assosiasiyası ilin ən yaxşı futbolçusu mükafatının qalibini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş birinci yeri tutub. Portuqaliyalı futbolçu 900-dən çox jurnalistin iştirak etdiyi səsvermədə ümumi səslərin 45 faizini qazanıb.
İkinci yeri “Arsenal”ın futbolçusu Deklan Rays əldə edib. O, Fernandeşdən 28 səs geri qalıb. İlk üçlüyü isə “Mançester Siti”nin hücumçusu Erlinq Haland tamamlayıb.
Qeyd edək ki, “Mançester Yunayted”dən sonuncu dəfə bu mükafat 2010-cu ildə qazanılmışdı. Həmin vaxt mükafata Ueyn Runi layiq görülmüşdü.
Xatırladaq ki, “Mançester Yunayted” ötən həftə gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.