- İngiltərə P.L.
- 21:44 09.05.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 36-cı turu çərçivəsində keçirilən "Liverpul" – "Çelsi" qarşılaşması başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Liverpul şəhərində yerləşən "Enfild" stadionunda oynanılan görüşü hakim Kreyq Pouson idarə edib.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində hesabı 6-cı dəqiqədə yarımmüdafiəçi Rayan Qravenberx açıb. London təmsilçisi isə 35-ci dəqiqədə Entso Fernandesin qolu ilə tarazlığı bərpa edib.
İkinci hissənin əvvəlində "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmerin vurduğu qol qeydə alınsa da, videotəkrar sisteminin müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən hesab dəyişməyib.
Qeyd edək ki, "Çelsi" bu oyuna qədər Premyer Liqada ardıcıl altı məğlubiyyət almışdı.
36 turdan sonra "Liverpul" 59 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Çelsi" isə 49 xalla doqquzuncu sırada yer alır.
Xatırladaq ki, əvvəlki turda Arne Slotun komandası "Mançester Yunayted"ə 2:3 hesabı ilə uduzub. London klubu isə "Nottingem Forest"a 1:3 hesabı ilə məğlub olub.