9 may 2026. Şənbə

“Qələbə qazana bilməyəndə bu cür reaksiya normaldır”


“Qələbə qazana bilməyəndə bu cür reaksiya normaldır”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 36-cı turunda “Çelsi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis matçın gedişatı barədə bunları deyib:

“Oyuna çox enerjili başladıq, standart vəziyyətdən sonra fərqi iki topa çatdıra bilərdik. Təəssüf ki, ötən həftə olduğu kimi bu dəfə də standart vəziyyətdən qol buraxdıq. Bu, çox səliqəsiz bir qol idi. İkinci hissədə tam fərqli intensivlik gördüm, bir neçə dəfə qol vurmağa yaxın olduq.

Bu mövsüm dəfələrlə ya dirəyə, ya da tirdən geri qayıdan zərbələrimiz olub. Rəqib futbolçulara nəzarət etməkdə çətinlik çəkdik, “Çelsi” bu gün orta xəttdə çox güclü idi.

Son fitdən sonra azarkeşlərin bizi fitə basması? Yəqin ki, bu, komandanın son nəticələri ilə bağlıdır. “Liverpul” qələbə qazana bilmirsə, belə reaksiya başadüşüləndir”, – deyə Slot bildirib.







İngiltərə P.L.

 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi
“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi