10 may 2026. Bazar günü

“Aston Villa” səfərdə xal itirdi


 “Aston Villa” səfərdə xal itirdi

İngiltərə Premyer Liqasının 36-cı turunda “Bernli” öz meydanında “Aston Villa” ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, gərgin keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri hesabı oyunun 8-ci dəqiqəsində açıblar. Ceydon Entoninin dəqiq zərbəsi “Bernli”ni önə keçirib.

Birmingem təmsilçisi isə 42-ci dəqiqədə tarazlığı bərpa edib. Ross Barkli Con Makginnin ötürməsindən sonra fərqlənib.

“Aston Villa” 56-cı dəqiqədə hesabda önə çıxıb. Komandanın ikinci qolunu Olli Uotkins vurub. Məhsuldar ötürmənin müəllifi Emiliano Martines olub.

Lakin “Bernli” cəmi üç dəqiqə sonra cavab qolunu vurmağı bacarıb. Zian Flemminqin qolu matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra “Bernli” 21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Aston Villa” isə 59 xalla beşinci sırada yer alır.







İngiltərə P.L.

“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi
 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi