- İngiltərə P.L.
- 20:40 10.05.2026
İngiltərə Premyer Liqasının 36-cı turunda “Everton” səfərdə “Kristal Pelas”ın qonağı olub.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib və matç 2:2 hesabı ilə başa çatıb.
Mersisayd təmsilçisi oyuna daha fəal başlayıb və erkən qolla hesabı açıb. Matçın 6-cı dəqiqəsində Ceyms Tarkovski fərqlənərək komandasını önə keçirib.
Meydan sahibləri isə 34-cü dəqiqədə tarazlığı bərpa ediblər. İsmaila Sarrın qolu “Kristal Pelas”ı oyuna qaytarıb.
Fasilədən dərhal sonra “Everton” yenidən hesabda üstünlüyü ələ alıb. Betu fərqlənib, məhsuldar ötürməni isə yenə Tarkovski edib.
Lakin London klubu məğlubiyyətdən xilas olmağı bacarıb. Matçın 77-ci dəqiqəsində Jan-Filip Matetanın qolu hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Kristal Pelas” xallarının sayını 44-ə çatdıraraq 14-cü pilləyə yüksəlib. “Everton” isə 49 xalla 10-cu sırada qərarlaşıb.