10 may 2026. Bazar günü

“Arsenal”dan çətin qələbə


 “Arsenal”dan çətin qələbə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 36-cı turunda “Vest Hem Yunayted” öz meydanında “Arsenal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, London stadionunda keçirilən qarşılaşma “topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.

Matçın 28-ci dəqiqəsində qonaq komanda məcburi dəyişiklik edib. Zədə alan Ben Uaytın yerinə Martin Subimendi meydana daxil olub.

Görüşün taleyini həll edən yeganə qol 83-cü dəqiqədə vurulub. Leandro Trossard “Arsenal”a qələbə qazandıran qola imza atıb.

90+5-ci dəqiqədə “Vest Hem” Kalum Uilsonun qolu ilə hesabı bərabərləşdirsə də, video köməkçi hakim sistemi epizoda müdaxilə edərək qolu qeyri-qanuni sayıb və ləğv edib.

Bu nəticədən sonra “Vest Hem” 36 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Arsenal” isə 79 xalla liderliyini davam etdirir.

Növbəti turda “Vest Hem” 17 mayda səfərdə “Nyukasl Yunayted”lə qarşılaşacaq, “Arsenal” isə 18 mayda öz meydanında “Bernli”ni qəbul edəcək.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi
 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi