25 iyun 2026. Cümə axşamı

“Tottenhem” niderlandlı futbolçu ilə yeni müqavilə üçün danışıqlara hazırlaşır


“Tottenhem” niderlandlı futbolçu ilə yeni müqavilə üçün danışıqlara hazırlaşır

“Tottenhem” rəhbərliyi komandanın müdafiəçisi Miki van de Ven ilə müqavilənin uzadılması istiqamətində iş aparır.

90deqiqe.Az-ın məlumatına görə, London klubu niderlandlı futbolçunu heyətdə saxlamaq niyyətindədir. Müdafiəçiyə Avropanın bir sıra klublarından maraq olduğu bildirilir. Bu səbəbdən “Tottenhem” hazırkı müqavilə 2029-cu ilə qədər davam etsə də, onunla yeni sözləşmə imzalamağı planlaşdırır.

Qeyd olunur ki, van de Ven hələlik qərar verməyə tələsmir. O, mövsümün sonunu gözləyərək komandasının İngiltərə Premyer Liqasında qalacağı vəziyyəti qiymətləndirmək istəyir.

Xatırladaq ki, 35 turdan sonra “Tottenhem” turnir cədvəlində 37 xalla 17-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər