- İngiltərə P.L.
- 21:31 13.05.2026
Keçmiş futbolçu Vilyam Qallas “Çelsi”dəki problemlərlə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, o, klub rəhbərliyinin fəaliyyətini tənqid edib:
“Biz "Çelsi"nin problemini bilirik: klub sahibi idarəçiliyi daha yaxşı həyata keçirməlidir. Azarkeşlər klubda baş verənlərdən narazıdırlar. Bir neçə il əvvəl də sahibin klubu düzgün idarə etmədiyini bilirdik. İndi isə çoxlu baş məşqçi dəyişiblər. Böyük məbləğdə vəsait xərclənir, amma nəticə yoxdur. Bəli, komandaları arasında keçirilən dünya çempionatında qalib oldular, lakin bu kifayət deyil”.
Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə çempionatında 36 turdan sonra topladığı 49 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.