- İngiltərə P.L.
- 21:31 13.05.2026
"Mançester Yunayted" klubunun əsas komandasının baş məşqçisi Maykl Kerrik ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O “qırmızı şeytanlar”ın Kerriki komandada saxlamaq ehtimalı artdığını və klub rəhbərliyi ilə futbolçular yekdilliklə ingiltərəli mütəxəssisin komandada qalmasının tərəfdarı olduqlarını qeyd edib.
Tərəflərin növbəti addımı yeni müqavilənin imzalanması olacaq. Bunun üçün əvvəlcə bütün detallarla bağlı yekun müzakirələrin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Maykl Kerrik cari mövsümün gedişində Ruben Amorimi əvəz edib. Hazırda Mançester Yunayted İngiltərə çempionatında inamla üçüncü pillədə qərarlaşıb və qış-yaz mərhələsinin ən uğurlu komandalarından biri hesab olunur.