14 may 2026. Cümə axşamı

Premyer Liqada ilin ən yaxşı oyunçusu namizədləri açıqlandı


Premyer Liqada ilin ən yaxşı oyunçusu namizədləri açıqlandı

İngiltərə Premyer Liqası cari mövsümün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mükafat uğrunda 8 futbolçu mübarizə aparacaq.

Namizədlər sırasında “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş, “Arsenal”ın müdafiəçisi Qabriel dos Santos, “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland, “Arsenal”ın qapıçısı David Raya, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays, “Mançester Siti”nin Qanalı universal oyunçusu Antuan Semenyo və “Brentford”un hücumçusu İqor Tyaqo yer alıb.

Azarkeşlər 18 maya qədər səsvermədə iştirak edə biləcəklər. Daha sonra fanatların səsləri ekspert rəyi ilə birləşdiriləcək və qalib müəyyən olunacaq.

Mövsümün ən yaxşı futbolçusu gələn həftə açıqlanacaq.







İngiltərə P.L.

“Artetanın möhtəşəm ideyaları var"
  • İngiltərə P.L.
  • 22:27 14.05.2026
“Artetanın möhtəşəm ideyaları var"
 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi