14 may 2026. Cümə axşamı

“Artetanın möhtəşəm ideyaları var"


“Artetanın möhtəşəm ideyaları var"

“Arsenal”ın futbolçusu Bukayo Saka komandanın baş məşqçisi Mikel Arteta barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Goal" futbolçunun dediklərini belə çatdırıb.

“Onun möhtəşəm ideyaları var, top səviyyəli məşqçidir. Onunla danışanda dərhal ideyalarına inanmağa başlayırsan — o, çox inandırıcıdır. O, mənimlə insan kimi əlaqə qurub, məni və ailəmi yaxşı anlayır. Mən bu bağlılığı hiss edirəm”

Qeyd edək ki, “Arsenal” Premyer Liqanın turnir cədvəlində liderdir və “Mançester Siti”ni iki xal qabaqlayır. London klubu 2004-cü ildən sonra ilk dəfə İngiltərə çempionu olmaq üçün yaxşı şansa malikdir.

“Arsenal” növbəti oyununu mayın 18-də öz meydanında “Bernli”yə qarşı keçirəcək.







İngiltərə P.L.

“Artetanın möhtəşəm ideyaları var"
  • İngiltərə P.L.
  • 22:27 14.05.2026
“Artetanın möhtəşəm ideyaları var"
 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə