- İngiltərə P.L.
- 23:41 14.05.2026
“Liverpul”un baş məşqçisi Arne Slot qapıçı Alissonun yayda klubdan ayrılacağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Touchline" təcrübəli çalışdırıcın dediklərini belə çatdırıb.
“Alissonun gedişi ilə bağlı şayiələr? Darıxdırıcı, eyni köhnə cavabdır. Mən sizin oxuduğunuzu oxuyuram, amma burada bu barədə danışmayacağam. İstər bu onun klubdakı ilk, istərsə də son mövsümü olsun, azarkeşlərimiz Alissona dəstək olmalıdırlar”
Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan “Liverpul”a 72 milyon avroya transfer olunub. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı qapıçı bütün turnirlərdə 34 oyuna çıxıb, 36 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.