- İngiltərə P.L.
- 22:36 16.05.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun finalında “Çelsi” üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, o deyib ki, komanda daxilindəki motivasiya tükəndiyi halda hər kəs evə qayıdacaq:
“İçimizdəki alov söndüyü gün evə gedəcəyik. Mən şən adamam. Bu il hər şey yaxşı gedir. Ötən mövsüm bir çox səbəbdən çətin oldu. Ola bilər ki, bu mövsüm sabitlik tapmaq üçün bizə vaxt lazım idi. Amma İngiltərə Premyer Liqasında heç kim səni gözləmir.
Bayram? Heç bir bayram yoxdur. Qarşıda ‘Bornmut’ oyunu var. Bu, daha çətin olacaq. Ora gedib nəticə qazanmağa çalışacağıq”, - deyə Qvardiola bildirib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün başa çatmasına iki tur qalmış “Mançester Siti” lider “Arsenal”dan iki xal geri qalır.