- İngiltərə P.L.
- 22:36 16.05.2026
“Mançester Siti”nin İngiltərə Kubokunun 2025/2026 mövsümünün finalında “Çelsi” üzərində qazandığı qələbə londonlulara qarşı turnir çərçivəsində ardıcıl üçüncü uğur olub.
90deqiqe.Az xəbər verir ki, komandalar Londonun “Uembli” stadionunda üz-üzə gəliblər. Qarşılaşmanı baş hakim Derren İngland idarə edib.
Sonuncu dəfə tərəflər 2024-cü ildə İngiltərə Kubokunda yarımfinal mərhələsində qarşılaşıblar və Xosep Qvardiolanın komandası 1:0 hesabı ilə qalib gəlib. Bundan bir il əvvəl isə “şəhərlilər” üçüncü raundda “Çelsi”ni 4:0 hesabı ilə məğlub etmişdi.
İngiltərə Kubokunda qazanılan bu qələbə “Mançester Siti” üçün Qvardiola dövründə üçüncü titul olub. İspan mütəxəssis klubun baş məşqçisi olduğu 10 il ərzində ümumilikdə 20 kubok qazanıb.